Rusiya Federal Hava Nəqliyyatı Agentliyi (“Rosaviasiya”) Suriya hava məkanından istifadəyə qadağa qoyub.
Lent.az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, məqsəd Rusiya sərnişin təyyarələrinin sərnişinlərinin və heyət üzvlərinin təhlükəsizliyini təmin etməkdir.
“Rosaviasiya”nın ərazi orqanları aviaşirkətlərin bu qadağaya əməl etməsinə ciddi nəzarət edəcək. Qurum hesab edir ki, kommersiya maraqları Rusiya aviaşirkətlərinin xidmətlərindən istifadə edən vətəndaşların təhlükəsizliyindən üstün ola bilməz.