Romada rəssamlarımızın sərgisi
24 iyun 2013 16:13 (UTC +04:00)

Romada rəssamlarımızın sərgisi

“Azərbaycan şairi Nizami dünyasının rəngləri” layihəsi çərçivəsində Azərbaycan və İtaliya qadın rəssamlarının bir neçə gün əvvəl başlanmış sərgisinin rəsmi təqdimat mərasimi keçirilib. Lent.az-ın məlumatına görə, layihə “Sönməz Məşəl” Mədəni Əlqələr İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının,  Azərbaycan parlamentinin Azərbaycan-İtaliya dostluq qrupunun və Azərbaycanın İtaliyadakı səfirliyinin dəstəyi ilə həyata keçirilir.

 

Azərbaycanın İtaliyadakı Fövqəladə və Səlahiyyətli səfiri Vaqif Sadıxov, Nizami adına Ədəbiyyat muzeyinin direktoru, millət vəkili Rafael Hüseynov, Azərbaycan parlamentinin İtaliya-Azərbaycan Dostluq qrupunun rəhbəri, millət vəkili Azər Kərimli tədbirdə çıxış edərək Nizami irsinə dünyada marağın getdikcə artdığını xatırladıblar.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 583
avatar

Oxşar yazılar