Qahirədə atışma, küçələrə zirehli texnika çıxarılıb
16 avqust 2013 22:27 (UTC +04:00)

Qahirədə atışma, küçələrə zirehli texnika çıxarılıb

Misirin paytaxtı Qahirədə devrilmiş prezident Məhəmməd Mursi tərəfdarları ilə müvəqqəti hakimiyyəti dəstəkləyən Bulak rayonu sakinləri arasında «15 May» körpüsündə toqquşma baş verib.

 

Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, orada  azı 20 nəfər həlak olub. Onların cəsədi məscidə aparılıb.

 

Mursi tərəfdarları ölkənin bir sıra şəhərlərində, o cümlədən İsgəndəriyyə və Fayumda etiraz aksiyası keçirib. Oradakı qarşıdurma zamanı 5 nəfər həlak olub, 70-dən çox insan yaralanıb.

 

Mənbənin məlumatına əsasən, ordu və polis Qahirənin mərkəzi meydanına gedən yolları bağlayıb. Dövlət müəssislərində mühafizə gücləndirilib. Paytaxtda atışma olub. Küçələrə zirehli texnika çıxarılıb.

 

Qahirədə baş vermiş toqquşmalar zamanı ölənləri sayı 80 nəfərə çatıb. APA-nın “Əl-Cəzirə”yə istinadən verdiyi məlumata görə, Ramzes meydanı yaxınlığında yerləşən Fatih məscidinin hospitalında 80 nəfərin cəsədi var.

 

Həmçinin bildirilir ki, artıq Misir paytaxtında komendant saatı başlayıb.

 

 

# 537
avatar

Oxşar yazılar