Peterburqda kütləvi həbs: onların arasında azərbaycanlı da var
09 fevral 2013 07:07 (UTC +04:00)

Peterburqda kütləvi həbs: onların arasında azərbaycanlı da var

0

Sankt-Peterburq polisi şəhərin mərkəzində Apraksin sarayı arxitektur kompleksinin yaxınlığında irimiqyaslı reyd keçirib, axtarış aparıb.

 

Lent.az-ın  «BBC»-yə istinadən məlumatına görə, keçirilən tədbir nəticəsində 271 nəfər tutulub. Qurumun iddiasına əsasən, onlar Sank-Peterburq ərazisində ya terror fəaliyyəti ilə məşğul olub, ya da bu cinayətdə iştirak etmək istəyib.

 

«Saxlanılanların çoxundan kimliyinin təsdiqləyən saxta sənəd aşkarlanıb. Onların 20-nin şəxsiyyətini təsdiqləyən sənəd olmayıb. 6-dan isə Rusiyadan deportasiya haqqında uyğun hakimiyyət qurumunun verdiyi sənəd götürülüb»- deyə,  Rusiya İstintaq Komitəsi  bildirib.

 

Tutulanlar arasında Azərbaycan, Özbəkistan, Tacikistan, Misir, Əfqanıstan vətəndaşları, eləcə də Şimal Qafqaz bölgələrindən olan rusiyalılar var.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1460

Oxşar yazılar