Pakistanda terror : 15 nəfər həyatını itirib
07 may 2013 03:52 (UTC +04:00)

Pakistanda terror : 15 nəfər həyatını itirib

Pakistanın şimal-qərbindəki Kürrəm əyalətində baş vermiş terror aktı nəticəsində ölənlərin sayı 15-ə yüksəlib.

 

Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, hücum nəticəsində 70 nəfər yaralanıb. Onların arasında «Cəmiyət-ül Üləma-e-İslam» Partiyasından deputatlığa namizəd də var.

 

Partlayış «Camiyət-ül Üləma-e-İslam» partiyasının iclasının gedişində baş verib.

 

Xatırladaq ki, mayın 11-də Pakistanda parlamentə seçkilərin keçirilməsi gözlənilir.

# 323
avatar

Oxşar yazılar