Misirin solçu baş nazir müavini istefa verib
28 yanvar 2014 03:43 (UTC +04:00)

Misirin solçu baş nazir müavini istefa verib

Misir baş nazirinin müavini Ziyad Bəhaddin istefa verib.

 

Lent.az-ın «qazeta.ru»-ya istinadən məlumatına görə, «Röyter» bu xəbəri baş nazir Hazəm əl-Bablauiyə əsaslanaraq, yayıb.

 

«Ziyad Bahəddin yazılı şəkildə ərizə ilə müraciət edib. O, siyasi fəaliyyətinin hakimiyyətdən kənar davam etdirmək niyyətindədir»-deyə, baş nazir bildirib.

 

2013-cü ilin iyulunda Misir Sosial Demokrat Partiyasının lideri Z.Bəhaddin ölkəsinin müvəqqəti baş nazirinin müavini olub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 449

Oxşar yazılar