Misir prezidenti Məhəmməd Mursi tərəfindən təşkil olunan danışıqlardan üç xristian kilsəsinin təmsilçisi - kopt, katolik və yevangelist imtina etdiyini bildirib.
Lent.az-ın «nyusru»-ya istinadən məlumatına görə, prezident çeşidli qruplara bu yaxınlarda qəbul edilmiş Ana yasanın mübahisəli parqraflarını müzakirəyə təqdim edib.
Xristian təmsilçiləri bu danışığı «əhəmiyyətsiz» sayıblar. Onların nümayəndələrindən biri deyib ki, danışıqları tərk etmək, ölkənin siyasi həyatında onların iştirak etməkdən imtinası demək deyil:«Sadəcə olaraq, danışıqlar indiyə kimi milli razılığın əldə edilməsinə yardım etməyib».