İstanbulun Fateh rayonunda Türkiyə Milliyyətçi Hərəkat Partiyasının qərargahının açılış mərasiminə basqın edilib.
Lent.az-ın «Radikal» qəzetinə istinadən məlumatına görə, tədbir zamanı partiya üzvləri naməlum şəxslər arasında mübahisə olub. Bir müddət sonra onlar partiya üzvlərinə bıçaq, dəyənək və tapança ilə basqın ediblər.
Nəticədə MHP-nin üzvü Çingiz Yücəl öldürülüb. Tapançadan açılan atəş nəticəsində partiyanın iki üzvü, bıçaq zərbələrindən isə 4-ü yaralanıb.
Polis basqında şübhəli bilinən 4 nəfəri saxladıqlarını bildirib.