Kral Abdulla İsrail prezidenti ilə görüşüb
26 yanvar 2013 00:47 (UTC +04:00)

Kral Abdulla İsrail prezidenti ilə görüşüb

0

Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak edən İordaniya kralı ikinci Abdulla dəhlizdə İsrail prezidenti Şemon Pereslə görüşüb.

 

Lent.az-ın «nyusru»-ya istinadən məlumatına görə, tərəflər Fələstin-İsrail sülh danışıqlarının bərpasının perspektivini müzakirə ediblər.

 

Liderlər İsrail və Fələstin rəhbərliyi təmsilçilərinin danışıq masasına oturmasının vacibliyi ilə bağlı razılığa gəliblər.

 

İkinci Abdulla yaxın iki ildə  İsrail-Fələstin məsələsinin tənzimlənməsində çətinliklər olacağını bildirib.

 

Yəhudi dövləti prezidentinin mətbuat xidməti danışıq zamanı müzakirə olunan mövzular barəsində dəqiq məlumat verməyib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 667

Oxşar yazılar