Kerri Suriya və İran problemlərini Moskva ilə çözməyə gedir
07 may 2013 07:53 (UTC +04:00)

Kerri Suriya və İran problemlərini Moskva ilə çözməyə gedir

ABŞ-ın dövlət katibi Con Kerri mayın7-8-də Moskvaya səfər etməyi planlaşdırıb.

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, o, səfər zamanı rusiyalı rəsmilərlə Suriyadakı münaqişə və İranın nüvə problemini müzakirə edəcək.

 

Ötən gün C.Kerri Rusiyaya səfərlə bağlı mətbuata açıqlamasında deyib ki, rusiyalı rəsmilərlə bir sıra, özəlliklə Suriya, İranın problemlərini, eləcə də Şimali İrlandiyada «8-lik»-in qarşıdan gələn zirvə toplantısına dair məsələləri müzakirə etmək niyyətindədir. 

# 581
avatar

Oxşar yazılar