İraqın neftlə zəngin bölgələrindən olan Kərkük ordunun geri çəkilməsi ilə tamamilə kürdlərin nəzarətinə keçib. Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, iki gündür İŞİD-in (İraq Şam İslam Dövləti terror təşkilatı) təhdidi altında olan şəhərə indi kürdlər nəzarət edir.
İraqın Peşmərgə Nazirliyi yaydığı açıqlamada Kərkükdə ordu birləşmələrinin qalmadığını bildirib.
Qeyd edək ki, dünən İŞİD Kərkükün bir hissəsinə nəzarəti ələ keçirdiyini bəyan edib.