Karzaydan etiraf: «MKİ-dən pul almışıq»
29 aprel 2013 21:11 (UTC +04:00)

Karzaydan etiraf: «MKİ-dən pul almışıq»

0

Əfqanıstan prezidenti Həmid Karzay müəyyən mənada sensasiyalı açıqlama verib.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, əfqan lideri deyib ki, qeyri-rəsmi olaraq, Əfqanıstan hakimiyyəti ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsindən pul alıb.

 

«Bəli, son on ildə MKİ Əfqanıstanın Milli Təhükəsizlik Şurası maliyyə cəhətdən dəstəkləyib. Bu yardı çox vacib idi və biz bunu dəyərləndiririk» -deyə, Karzay bildirib.

 

O, qeyd edib ki, bu maliyyə yardım kiçik məbləğdə olub, yaralıların müalicəsinə xərclənib.

 

Bu xəbər «New York Times»-da çap olunub. Xəbərə əsasən, pul əfqan məmurlara çemodan və heybələrdə ötürülüb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 744

Oxşar yazılar