İtaliyanın yeni baş naziri Enriko Letta parlamentdəki ilk çıxışında Avropa Birliyindəki (AB) vəziyyətdən də danışıb.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, hökumət başçısı deyib ki, İtaliya vətəndaşlarının ona daha çox ehtiyacı olduğu bir çağda, AB «legitimlik böhranı» yaşayır.
Xəbərlərə əsasən, Leta bu həftə Brüsselə və Avropanın bir neçə ölkəsinə səfər etməyi planlaşdırıb. O, AB–dəkiləri «daha çox inkişaf yönümlü» siyasət yürütməyə inandırmağa çalışacaq.