İsrail-Türkiyə : «Azad donanma» danışıqlarının ikinci mərhələsi
07 may 2013 07:25 (UTC +04:00)

İsrail-Türkiyə : «Azad donanma» danışıqlarının ikinci mərhələsi

İsrail hökumətinin mətbuat xidməti «Azad donanma» təşəbbüsünə kompensasiya verilməsi haqqında Türkiyə ilə qanun layihəsinin detallarını yaxın günlərdə hazırlayacaqlarını bildirib.

 

Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, İsrail –Türkiyə danışıqlarının ikinci mərhələsi Qüdsdə keçirilib. Birinci isə apreldə Ankarada gerçəkləşdirilib.

 

Xatırladaq ki, 2010-cu ildə  Qəzza zolağını İsrailin blokadasından qurtarmaq məqsədi ilə Türkiyə hökuməti ora «Mavi mərmərə» gəmisini yollamaq istəyib. Əks tərəfin komandosları gəmidəki Türkiyəninə 9 dinc- silahsız  vətəndaşını qətlə yetirmişdi.

 

Ötən 3 il ərzində iki ölkə arasında diplomatik münasibət kəsilib. Bu ilin martında İsrailin baş naziri Binyamin Netaniyahu türkiyəli həmkarı Rəcəb Taib Ərdoğandan «ölümə səbəb olan istənilən səhv»lə bağlı üzr istəyəndən sonra iki dövlət arasında diplomatik «buz» əriməyə başlayıb. Bunun ardınca tərəflər kompensasiya məsələsinin müzakirəsinə başlayıb. 

# 376
avatar

Oxşar yazılar