İran «çörək pulunu» ləğv edib
07 may 2013 06:17 (UTC +04:00)

İran «çörək pulunu» ləğv edib

İran təqvimi ilə cari ildən (İranda yeni təqvim ili martın 21-dən başlayır) çörəyə verilən subsidiyanı ləğv edib.

 

 

Lent.az-ın İranın informasiya vasitələrinə istinadən məlumatına görə, subsidiyaların islahatı mənzil –qərargahının başçısı Məhəmmədrza Fərzin bildirib ki, ötən il çörəyin qiyməti artdığından vətəndaşlara xüsusi subsidiya verilirdi. Ancaq bu il qiymətlər artmayacaq, subsidiyada dayandırılacaq.

 

Xatırladaq ki, 2012-ci ilin iyununda hakimiyyət 9 ay ərzində hər iranlı ailəyə 23 dollara yaxın «çörək pulu» (subsidiya) verirdi.

 

# 1326
avatar

Oxşar yazılar