
İIğtişaşlar baş verən əraziyə sakinlər yenidən toplaşıb
Moskvanın Qərbi Biryulevo rayonunгт yüzlərlə sakini yenidən iğtişaşların baş verdiyi əraziyə toplaşıb. APA-nın Moskva müxbiri xəbər verir ki, yüzlərlə sakin “Biryuza” ticarət mərkəzinin qarşısına yığışıb. Əraziyə çoxlu sayda xüsusi təyinatlı polis dəstələri – OMON cəlb olunub.
Hüquq-mühafizə orqanları vəziyyətin yenidən gərginləşəcəyindən ehtiyat edirlər.
Polisin dağılmaq əmrinə qulaq asmayan aksiya iştirakçıları irqçi şüarlar səsləndirib. O cümlədən hakimiyyətin əleyhinə şüarlar səslənib. “Hakimiyyət, problemi etiraf et, işə başla!”
Ticarət mərkəzinin qarşısına toplaşan sakinlərlə polis arasında qarşıdurma yaranıb. Onlarla aksiya iştirakçısının saxlanıldığı bildirilir.
Qeyd edək ki, Rusiya paytaxtında oktyabrın 10-da 25 yaşlı gəncin qafqazlı şəxs tərəfindən qətlə yetirilməsi yerli sakinlərin etirazına səbəb olub. Qatilin tapılmasını tələb edən yüzlərlə rus milliyyətçisi və “skinhed”lər Birulyovo rayonunda yerləşən “Biryoza” ticarət mərkəzi və “Pokrov” meyvə-tərəvəz bazasına hücum edib. “Skinhed”lər ticarət mərkəzində və bazarda çalışan Qafqaz və Orta Asyadan olan miqrantlara hücum edərək onları ölümcül döyüb. Hadisə yerinə xüsusi təyinatlı polis dəstələri yeridilib. “Skinhed”lər polislərə də müqavimət göstərib. Onlar ticarət mərkəzində yerləşən mağazalara, ətrafdakı obyektlərə və avtomobillərə ciddi zərər vurub. Rus milliyyətçilərinin törətdiyi iğtişaşlar nəticəsində xeyli sayda miqrant və yerli sakin yaralanıb.
Moskva polisi 400 nəfərə yaxın iğtişaş iştirakçısını saxlayıb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Oxşar yazılar

Naməlum şəxs beş nəfəri güllələdi - YENİLƏNİB
29 iyul 2025 , 07:30
Rusiya bu sərhəd keçid məntəqələrini bağlayacaq - Qərar verildi
28 iyul 2025 , 22:40
SEPAH generalının qızı atasının necə öldürüldüyünü AÇIQLADI
28 iyul 2025 , 17:55
Türkiyədə 44 meşə yanğını nəzarətə götürüldü
28 iyul 2025 , 02:28
Avropada ən çox mobil telefon oğurlanan ölkə
27 iyul 2025 , 12:49
Marketdə insanlara hücum edən şəxs 11 nəfəri yaraladı
27 iyul 2025 , 04:04
"Akkuyu" AES təhlükə altında - Yanğınlarla əhatə olundu
26 iyul 2025 , 22:50