Əfsanəvi futbolçunun oğlu karyerasını 19 yaşında bitirdi
29 iyul 2025 13:33 (UTC +04:00)

Əfsanəvi futbolçunun oğlu karyerasını 19 yaşında bitirdi

Əfsanəvi italyan futbolçu, dünya çempionu Françesko Tottinin oğlu 19 yaşında karyerasını başa vurub. 

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, səbəb isə psixoloji təzyiq və atası ilə daimi müqayisələr olub.

Kristian Totti mərkəz yarımmüdafiəçisi kimi çıxış edib, karyerasına “Roma” akademiyasında başlayıb, “Frozinone” və “Rayo Valyekano”nun gənclərdən ibarət komandalarında, İtaliya D Seriyasının “Avessano” və “Olbiya” klublarında çıxış edib. 

Kristian Totti futbol skautu olmaq niyyətindədir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 651

Oxşar yazılar