Bir qaşıq əlavə edin  - Çiyələklərin kiflənməsinin qarşısını alır
29 iyul 2025 12:08 (UTC +04:00)

Bir qaşıq əlavə edin - Çiyələklərin kiflənməsinin qarşısını alır

Çiyələklərin bir neçə gün içində yumşalmasından və kif tutmasından şikayət edirsiniz? Sadə bir üsulla bu problemi kökündən həll edə bilərsiniz.

Lent.az xarici mediaya istinadla bildirir k, təmizləmə suyuna əlavə edəcəyiniz bir tərkib sayəsində çiyələklər həftələrlə təzə qala bilər. Üstəlik, heç bir qatqı maddəsinə və ya kimyəvi maddəyə ehtiyac yoxdur. Bu üsulu bilənlər illərdir bu cür saxlayır. Bəs çiyələklərin kiflənməsinin qarşısını alan təbii üsul nədir?

Sirkə ilə yumaq

Çiyələkləri aldıqdan sonra birbaşa soyuducuya qoymaq əvəzinə, əvvəlcə təbii bir dezinfeksiyaedici olan sirkə ilə yüngülcə yumaq kifin əmələ gəlməsinin qarşısını alır. Bir ölçü alma sirkəsi və üç ölçü su qarışığı çiyələklərin üzərindəki kif sporlarını yox edir.

Bu qarışımda çiyələkləri 5-10 dəqiqə saxlayıb sonra yaxşıca durulamaq lazımdır. Bu əməliyyat həm zərərli mikroorqanizmlərin çoxalmasının qarşısını alır, həm də meyvənin səthini təmiz saxlayaraq onun ömrünü uzadır.

Kağız dəsmalla qurutmaq

Sulu qalan çiyələklər nəmli mühitdə daha tez xarab olur. Bu səbəbdən yuyulma əməliyyatından sonra çiyələklərin mütləq yaxşıca qurudulması vacibdir. Təmiz kağız dəsmalla yavaşca silərək səthdəki nəmin alınması çox önəmlidir. Tam quruyan çiyələklər xüsusilə hava keçirməyən qablarda saxlanıldıqda daha gec xarab olur. Nəmli saxlanılan meyvələr isə tezliklə kiflənməyə başlayır.

Çiyələkləri plastik qablar əvəzinə şüşə bankalarda saxlamaq kif riskini azaldır. Şüşə səthlər, plastiklərə nisbətən daha az bakteri topladığı üçün və çiyələklərin hava ilə təmasını azaldaraq təbii qoruma təmin etdiyi üçün daha uyğundur.
Bankanın altına bir neçə qat quru kağız dəsmal qoymaq artıq nəmi çəkir. Qapağını tam bağlamadan soyuducuya yerləşdirmək isə çiyələklərin təravətini daha uzun müddət qorumasına kömək edir. İlk gün gözə dəyməyən əzik və ya çatlamış çiyələklər bir neçə gün ərzində sürətlə kiflənə bilər. Bu səbəbdən çiyələkləri aldıqdan sonra tək-tək yoxlayıb xarab olmağa yaxın olanları ayırmaq çox vacibdir.

Xarab çiyələklər sağlam olanlara toxunduqda kif sürətlə yayılır. Bu sadə ayırma prosesi digər çiyələklərin ömrünü uzadır və israfın qarşısını alır.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 571

Oxşar yazılar