Hakerlər Sorosun Poroşenko ilə yazışmalarını ələ keçirdilər
02 iyun 2015 15:33 (UTC +04:00)

Hakerlər Sorosun Poroşenko ilə yazışmalarını ələ keçirdilər

 

"Kiberberkut" hakerlər qrupu Corc Sorosun Ukrayna hakimiyyəti, həmçinin prezident Pyotr Poroşenko ilə yazışmalarını yayıb.

 

Lent.az-ın sputnik.az-a istinadən xəbərinə görə, hakerlərin verdiyi məlumata əsasən, amerikalı milyarder Corc Soros öz məktubunda yazıb: Ukraynaya öldürücü silahlar və təlimçilər göndərilməlidir ki, Ukrayna hərbçiləri onlarla xaricdəki hərbi bazalarda məşq edə bilsinlər.  

"Kiberberkut"un məlumatına əsasən, Soros öz məktubunda əmin olduğunu bildirib ki, ABŞ Ukraynaya öldürücü silahlar göndərməlidir və Ukrayna hərbçiləri onlarla xaricdə, məsələn, Rumıniya ərazisində gizlicə təlimlər keçməlidirlər. 

Hakerlərin istinad etdikləri sənədlərdə Soros həmçinin bildirir ki, amerikalı general Uesli Klark və polşalı general Valdemar Skşipçak Pyotr Poroşenkoya Minsk anlaşmasının şərtlərinə uyğun olaraq Ukrayna ordusunun hərbi hazırlığını bərpa etməyə kömək göstərməlidirlər. 

Soros hakerlərin yaydığı yazışmada Avropa Komissiyasının Ukraynaya illik 1 milyard dollar yardım etməli olduğunu vurğulayıb. "Yeni Ukrayna sözün həqiqi mənasında iflasın astanasındadır."- deyə milyarder bildirib.  

Corc Soros — amerikalı maliyyəçi, eyni adlı xeyriyyə fondunun qurucusu və rəhbəri, müxtəlif dövlətlərdə hakimiyyətlərin dəyişdirilməsinin təşkilində və ya buna yardım göstərməkdə günahlandırılır. Sorosun pulları Ukraynada 2004-cü ildə birinci "narıncı inqilab"ın, 2013-cü ildə də Avromeydan hərəkatının baş tutmasına yardım edib. Maliyyəçi özü bunu inkar etmir və hələ də baş verən hadisələrdə öz rolunu oynayır.  

O, kəskin Antirusiya mövqeyindən çıxış edir. Soros Avropa Birliyi ölkələrini yuxudan oyanmağa və özlərini birbaşa olmasa da dolayısıyla müharibəyə cəlb olunmuş dövlət kimi aparmağa çağırıb. 

Corc Soros Kiyev hakimiyyətini və onun yaxınlarını "İntibah" fondu vasitəsilə maliyyələşdirir. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 296

Oxşar yazılar

Maskdan gözlənilməz qərar -  Qayıdır

Maskdan gözlənilməz qərar - Qayıdır

24 may 2025 , 23:28
Bu əraziyə qar yağdı,  şaxta var

Bu əraziyə qar yağdı, şaxta var

24 may 2025 , 15:22
Çində insanabənzər robotlar döyüşdürüldü

Çində insanabənzər robotlar döyüşdürüldü

24 may 2025 , 07:32
"Mazda" Rusiyada avtomobil satışlarını bərpa etdi

"Mazda" Rusiyada avtomobil satışlarını bərpa etdi

24 may 2025 , 05:02
Rusiya Odessanı ballistik raketlərlə  vurdu: ölənlər var

Rusiya Odessanı ballistik raketlərlə vurdu: ölənlər var

23 may 2025 , 23:23
Kişi arvadının ögey atası  oldu - GÖRÜN NECƏ?

Kişi arvadının ögey atası oldu - GÖRÜN NECƏ?

23 may 2025 , 18:56
12-ci mərtəbədən  yıxılan qadın sağ qaldı

12-ci mərtəbədən yıxılan qadın sağ qaldı

23 may 2025 , 18:01
Türkiyədə DƏHŞƏT:  ölən turistin ürəyini oğurladılar

Türkiyədə DƏHŞƏT: ölən turistin ürəyini oğurladılar

23 may 2025 , 15:27