Bakıda evdən meyit tapılıb.
Lent.az-ın məlumatına görə, hadisə Sabunçu rayonu Zabrat qəsəbəsi, Mehdi Hüseynzadə küçəsində baş verib.
45 yaşlı Əzizov Rəşad Fərhad oğlunun meyiti ailəsi ilə birgə yaşadığı evdə aşkarlanıb. Mərhumun hansı səbəblə öldüyü bilinmir.
Faktla bağlı Sabunçu rayon Prokurorluğunda araşdırma aparılır.