Gürcüstanda üç nazirlik ləğv olundu
26 iyun 2018 13:11 (UTC +04:00)

Gürcüstanda üç nazirlik ləğv olundu

Gürcüstanın baş naziri Mamuka Baxtadze hökumətin yeni strukturunu təqdim edib.

 

APA-nın yerli bürosunun məlumatına görə, Gürcüstan hökumətində 10 nazirlik və 1 dövlət naziri aparatı olacaq. 


Yeni struktura əsasən Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyi Təhsil və Elm Nazirliyinə, Cəzaların İcrası və Probasiya Nazirliyi Ədliyyə Nazirliyinə birləşdirilir. Qaçqınların İşi və Yerləşdirilməsi üzrə Nazirlik ləğv olunaraq səlahiyyətləri 3 dövlət qurumu arasında bölüşdürüləcək.  Dini Məsələlər üzrə Dövlət Agentliyi isə Barış və Vətəndaş Bərabərliyi üzrə dövlət nazirinin aparatına birləşdiriləcək. 
 

Qeyd edək ki, M. Baxtadzenin başçılıq etdiyi və 14 nazirlikdən ibarət müvəqqəti hökumət iyunun 20-dən fəaliyyət göstərir. Hökumətin yeni strukturu bu yaxınlarda etimad göstərilməsi üçün parlamentə təqdim olunacaq. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 597

Oxşar yazılar

Tramp məzuniyyətdən imtina etdi - Şok səbəb

Tramp məzuniyyətdən imtina etdi - Şok səbəb

20 avqust 2025 , 05:50
Avtomobillərdə videoregistrator  və GPS  məcburi olacaq

Avtomobillərdə videoregistrator  və GPS məcburi olacaq

20 avqust 2025 , 04:46
Polis tutuquşu   sayəsində narkoşəbəkəni ələ keçirdi

Polis tutuquşu sayəsində narkoşəbəkəni ələ keçirdi

19 avqust 2025 , 18:54
Həbsdən yayınmaq üçün 4 ilə 3 uşaq doğdu

Həbsdən yayınmaq üçün 4 ilə 3 uşaq doğdu

19 avqust 2025 , 18:10
Avqust ayında ilk qar yağdı  - GÖZLƏNİLMƏZ

Avqust ayında ilk qar yağdı - GÖZLƏNİLMƏZ

19 avqust 2025 , 17:56
Aktrisa  meşədə azaraq öldü

Aktrisa meşədə azaraq öldü

19 avqust 2025 , 17:41
Deputat parlament binasında intihar etdi

Deputat parlament binasında intihar etdi

19 avqust 2025 , 17:27
Gənc qadın 18-ci mərtəbədən  yıxılıb öldü

Gənc qadın 18-ci mərtəbədən yıxılıb öldü

19 avqust 2025 , 14:26