Gürcüstanda benzin bahalaşdı
24 dekabr 2013 16:16 (UTC +04:00)

Gürcüstanda benzin bahalaşdı

Bu gün, dekabrın 24-dən etibarən Gürcüstanda yanacağın pərakəndə satış qiyməti bahalaşıb.


 

«APA-Economics»in məlumatına görə, yanacağın bahalaşmasına səbəb Gürcüstan milli valyutasının (lari) rəsmi məzənnəsinin ucuzlaşması ilə bağlıdır. Qiymət artımı Gürcüstan ərazisində fəaliyyət göstərən bütün yanacaqdoldurma məntəqələrini əhatə edib və artım 1 litr yanacaq üçün təxminən 5-7 tetri (2,5-3,5 qəpik) təşkil edib.

 

Azərbaycan Dövlət Neft Şirkətinin Gürcüstandakı törəmə qurumu olan «SOCAR-Georgia» şirkətinin baş direktoru Mahir Məmmədovun «APA-Economics»ə verdiyi məlumata görə, bahalaşma Gürcüstanda «SOCAR» brendi ilə fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrinə də təsir edib.

 

Onun sözlərinə görə, yanacağın pərakəndə satışının qiymətində 5 tetri artım var: «Gürcüstanda yanacağın qiymətinin artması normal prosesdir. Bu ölkədə yanacağın qiyməti dünya bazarı qiymətlərinə uyğun satılır və son zamanlar dünya neftin və neft məhsulları bazarında baş verən qiymət artımı mütləq buradakı qiymətlərə də təsir etməli idi. Son aylar lari 6-8% devalvasiya olunub».

 

M.Məmmədov deyir ki, bu qiymət artımı yanacaq istehlakçılarına və avtomobil sahiblərinə ciddi təsir etməyəcək: «Ola bilər ki, Yeni İl bayramı ərəfəsində alıcılarımıza bayram hədiyyəsi olaraq yanacağın qiyməti ucuzlaşdırılsın. Çalışacağıq ki, Yeni İl ərəfəsində bu qiyməti heç olmasa əvvəlki qiymətə qədər endirək. Bəlkə də əvvəlki qiymətdən də daha ucuz elədik».

 

Qeyd edək ki, bu gün Gürcüstanda «Super» markalı benzinin 1 litri qiyməti 2,20 laridən 2,30 lariyə, «Premium» markalı benzinin qiyməti 2,15 laridən 2,25 lariyə, «Avroreqular» isə 1,99 laridən 2,19 lariyə qaldırılıb. Dizel yanacağının 1 litri isə 2,07 laridən 2,10 lariyə qədər artırılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2391

Oxşar yazılar

Tramp məzuniyyətdən imtina etdi - Şok səbəb

Tramp məzuniyyətdən imtina etdi - Şok səbəb

20 avqust 2025 , 05:50
Avtomobillərdə videoregistrator  və GPS  məcburi olacaq

Avtomobillərdə videoregistrator  və GPS məcburi olacaq

20 avqust 2025 , 04:46
Polis tutuquşu   sayəsində narkoşəbəkəni ələ keçirdi

Polis tutuquşu sayəsində narkoşəbəkəni ələ keçirdi

19 avqust 2025 , 18:54
Həbsdən yayınmaq üçün 4 ilə 3 uşaq doğdu

Həbsdən yayınmaq üçün 4 ilə 3 uşaq doğdu

19 avqust 2025 , 18:10
Avqust ayında ilk qar yağdı  - GÖZLƏNİLMƏZ

Avqust ayında ilk qar yağdı - GÖZLƏNİLMƏZ

19 avqust 2025 , 17:56
Aktrisa  meşədə azaraq öldü

Aktrisa meşədə azaraq öldü

19 avqust 2025 , 17:41
Deputat parlament binasında intihar etdi

Deputat parlament binasında intihar etdi

19 avqust 2025 , 17:27
Gənc qadın 18-ci mərtəbədən  yıxılıb öldü

Gənc qadın 18-ci mərtəbədən yıxılıb öldü

19 avqust 2025 , 14:26