Gürcüstan abortun yasaqlanmasını müzakirə edəcək
07 may 2013 01:41 (UTC +04:00)

Gürcüstan abortun yasaqlanmasını müzakirə edəcək

Hələ ötən il Gürcüstanan keçmiş prezidenti Şevardzandze gürcü etnik qrupunun demorqrafiq inkişafından rahatsızlığını bildirmişdi: «Vəziyyət belə davam edərsə, Gürcüstan əhalisi əsasən ermənilər və azərbaycanlılardan ibarət olacaq».

 

Ölkə parlamenti abortun qadağan olunması təklifinin müzakirəsinə başlayıb.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, bir müddət öncə Gürcüstanın baş keşişi abortu qanunsuz elan etməyə çağırmışdı.

 

Pasxa bayramı münasibəti ilə bağlı müraciətində II İlya deyib ki, abort «günahsız uşaqların öz anaları və həkimlər tərəfindən öldürülməsidir». 

Parlamentin Səhiyyə komitəsinin sədri Xundadzenin fikrincə, bu cərrahiyyə əməliyyatı tamamilə qadağan olunsa, belə bir vəziyyət gizli abortların artmasına səbəb olacaq.

# 359
avatar

Oxşar yazılar