Ermənistanda hakim partiya bələdiyyə seçkilərini də udur
07 may 2013 01:06 (UTC +04:00)

Ermənistanda hakim partiya bələdiyyə seçkilərini də udur

Ermənistanın hakim partiyası Yerevanda bələdiyyə seçkilərində gözlənilməz şəkildə  böyük üstünlüklə irəlidədir.


Bazar günü keçirilən seçkilərdə MSK 464 seçki dairəsinin  3-də 1-də səsləri sayıb-qurtarıb. Prezident Sarkisyanın Respublika Partiyası 58 faiz səslə irəlidədir. Bu da Yerevanın indiki meri Taron Markariyanın bu vəzifədə qalmasına kifayət edir. «Çiçəklənən Ermənistan» isə  cəmi 20 faiz səslə ikincidir.

Əsas müxalifət qüvvəsi - Ter-Petrosiyanın Erməni Milli Konqresi səslərin cəmi 5 faizini yığandan sonra seçkiləri saxta adlandırıb.

 

«Azadlıqradiosu»

# 285
avatar

Oxşar yazılar