Ermənistanda Əkrəm Əylisli haqqında kitab çıxıb-FOTO
06 aprel 2013 14:18 (UTC +04:00)

Ermənistanda Əkrəm Əylisli haqqında kitab çıxıb-FOTO

“Daş yuxular” əsəri ilə bağlı böyük ictimai qınağa tuş gələn Əkrəm Əylisli ilə bağlı erməni müəllifin kitabı çap edilib. Lent.az-ın "Aznews"a istinadən verdiyi xəbərə görə, iqtisad elmləri doktoru Sərkis Kantarcyanın müəllifi olduğu kitab “Antitolerant Azərbaycan və ya bir isteriyanın tarixi” (“Антитолерантный Азербайджан, или Хроника одной истерии”) adlanır. 

Kitabda müəllif “Daş yuxular”ın dərc olunmasından sonra yaranan vəziyyətə diqqət çəkərək yazıçı və əsər ətrafında yayılan informasiyaları toplayıb. 

Hadisələrin xronikasını bir kitabda toplamaq qərarına müəllif “Дружба народов"” jurnalında Əkrəm Əylislinin əsərini oxuduqdan və anti-Azərbaycan mövqeyi ilə fərqlənən “Voskanapat” saytında Məlik Şahnəzəryanla fikir mübadiləsi apardıqdan sonra gəlib.

Yanvarın 29-dan martın 6 - a qədər olan müddətdə baş verən hadisələri, yayılan informasiyaları toplayan erməni müəllifin kitabında 54 məqaləyə yer verilib. Bunlar da əsasən Azərbaycan mətbuatında Əkrəm Əylisli və onun “Daş yuxular” əsəri ilə bağlı yayılan informasiyalar, təhlili yazılar, çıxışlardır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1981

Oxşar yazılar