Bu gün Kaliforniya Məhkəməsi ABŞ-da yaşayan bir qrup erməninin Türkiyənin “İncirlik’ hərbi bazasının ərazisinə iddiası ilə bağlı qərar verib.
Lent.az-ın CNN-ə istinadən verdiyi məlumata görə, 3 ildir ki, davam edən prosesin yekununda məhkəmə Türkiyənin lehinə qərar verib.
Məhkəmənin qərarında qeyd edilir ki, məsələ məhkəmə deyil, siyasi xarakter daşıyır.
Qeyd edək ki, 2010-cu ildə ABŞ-da yaşayan bir qrup erməni 1915-ci ilə qədər Türkiyədə yaşamış erməni əcdadlarının hazırda “İncirlik” bazasının yerləşdiyi ərazidə hektarlarla torpaqları olduğunu iddia etmiş və Türkiyədən bu torpaqların əvəzində 64 milyon dollar kompensasiya tələb etmişdilər. Ermənilərin vəkili məşhur amerikalı hüquqşünas Vardqes Eqiyan olub. Vəkilin xanımı da iddiaçılar arasında olub.
Türkiyənin “İncirlik” bazasında hazırda NATO qoşunları yerləşir.