Tanınmış müğənni Ebru Gündəş həbsxanada əri Rza Zərrabı ziyarət edib.
Lent.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, müğənni ötən həftə korrupsiya əməliyyatları çərçivəsində həbs edilən və Metris həbsxanasına yerləşdirilən həyat yoldaşı Rza Zərrabı bu gün günorta ziyarət edib.
Xəbərdə bildirilir ki, E. Gündəş bahalı “cip”i ilə həbsxanaya gəlib. Jurnalistlər foto çəkməsin deyə, müğənni maşını həbsxananın lap ağzında saxlayıb.