Dünyanın "zümrüd kralı" öldü
06 aprel 2013 19:08 (UTC +04:00)

Dünyanın "zümrüd kralı" öldü

 

Kolumbiyada "zümrüd kralı" ləqəbli məşhur sahibkar Viktor Karransa 78 yaşında vəfat edib. Lent.az-in "Trend"ə istinadən verdiyi məlumata görə, o, dünyada bu qiymətli daşın hasilatının böyük hissəsinə nəzarət edirdi. 

Prostat vəzin xərçənbgindən əziyyət çəkən Karransa iki həftə əvvəl xəstəxanaya yerləşdirilsə də həkimlər onun həyatını xilas edə bilməyiblər. Son vaxtlaradək sahibkar ölkədəki daha çox gəlirli zümrüd mədənlərinin mülkiyyətçisi, eləcə də Kolumbiyanın ən iri torpaq sahiblərindən biri idi. O, həmçinin dünyada iki ən iri və ən qiymətli zümrüdün - "Fura" (11 min karat) və "Tena"nın (2 min karat) sahibidir.

Düşmənçilik edən qruplaşmalar arasında mübahisələrin aradan qaldırılmasında əsas vasitəçi olan Karransanın ölümündən sonra zümrüd istehsalçıları "yaşıl müharibə"nin yenidən dirçələcəyindən ehtiyatlanırlar.

Qeyd edək ki, dünyada ən iri zümrüd tədarükçüsü olan Kolumbiyada hər il 120 milyon dollarlıq qiymətli daş hasil edilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1349

Oxşar yazılar