CHP Ərdoğana 30 min lirə təzminat ödəyəcək
12 iyul 2018 13:58 (UTC +04:00)

CHP Ərdoğana 30 min lirə təzminat ödəyəcək

Ankara məhkəməsi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın şikayətinə baxıb. Məhkəmənin qərarına görə, Cümhuriyyət Xalq Partiyasının (CHP) sözçüsü Bülənt Tezcana görə CHP prezidentə 30 min türk lirəsi (10 min 600 manat) cərimə ödəyəcək.

Lent.az haberler.com-a istinadən bildirir ki, CHP sözçüsü bir müddət əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı “faşist diktator” adlandırdığı üçün ölkə başçısı tərəfindən məhkəməyə verilib. Məhkəmə Ərdoğanın şikayətini bir qədər əvvəl təmin edib və Bülənt Tezcan prezidentə 30 min türk lirəsi həcmində təzminat ödəyəcək.

Türkiyə qanunlarına görə, bu cür hallar baş verdikdə təzminatı fiziki şəxs yox, hüquqi şəxs ödəyir. Yəni, 10 min 600 manatlıq təzminatı Bülənt Tezcan yox, Cümhuriyyət Xalq Partiyası öz büdcəsindən ödəməlidir.

Qeyd edək ki, 24 iyun seçkilərindən sonra CHP sözçüsü Bülənt Tezcan özünün tvitter səhifəsində ölkə başçısını seçkiləri saxtalaşdırmaqda ittiham etmiş, onu “faşist diktator” adlandırmışdı.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 575

Oxşar yazılar

Putinin helikopteri vurulma təhlükəsi ilə üzləşib

Putinin helikopteri vurulma təhlükəsi ilə üzləşib

25 may 2025 , 15:43
Qonşu ölkədə güclü zəlzələ

Qonşu ölkədə güclü zəlzələ

25 may 2025 , 10:28
Ukraynaya PUA hücumu , Ölənlər və yaralılar var-YENİLƏNİB

Ukraynaya PUA hücumu, Ölənlər və yaralılar var-YENİLƏNİB

25 may 2025 , 10:10
Moskva hava limanları fəaliyyəti dayandırdı

Moskva hava limanları fəaliyyəti dayandırdı

25 may 2025 , 04:25
Maskdan gözlənilməz qərar -  Qayıdır

Maskdan gözlənilməz qərar - Qayıdır

24 may 2025 , 23:28
Bu əraziyə qar yağdı,  şaxta var

Bu əraziyə qar yağdı, şaxta var

24 may 2025 , 15:22
Çində insanabənzər robotlar döyüşdürüldü

Çində insanabənzər robotlar döyüşdürüldü

24 may 2025 , 07:32
"Mazda" Rusiyada avtomobil satışlarını bərpa etdi

"Mazda" Rusiyada avtomobil satışlarını bərpa etdi

24 may 2025 , 05:02