Britaniya konsulluğu əlsiz rəssamdan barmaq izi istəyib
07 may 2013 06:12 (UTC +04:00)

Britaniya konsulluğu əlsiz rəssamdan barmaq izi istəyib

Qazaxıstan ictimaiyyəti əlsiz rəssam Qəribbəy Kuyovun Britaniyada keçirilən tədbir getməsinə viza verilməməsini müzakirə edir.

 

Lent.az-ın «BBC-yə istinadən məlumatına görə,  London təmsilçiliyi buna səbəb kimi «barmaq izləri keyfiyyətinin pis» olmasını əsas kimi göstərib.

 

Bu rəssam ictimai fəaliyyətlə məşğul olur. O, Şotlandiyada antinüvə konfransına qatılmaq istəyib. Ancaq Britaniyanın konsulluğundan yuxarıda göstərdiyimiz cavab verilərək, yenidən ərizə yazması istənilib.

 

Bu süründürməçiliyin nəticəsində o, konfransa gedə bilməyib.

 

Qəribbəy Kuyov ərizədə əlini olmadığın yazdığını bildirib. O, rəsmləri fırçanı dişləri, yaxud ayaq barmaqları ilə tutub çəkir. 

# 620
avatar

Oxşar yazılar