Boston partlayışında adı hallanan zaminə buraxılıb
07 may 2013 06:49 (UTC +04:00)

Boston partlayışında adı hallanan zaminə buraxılıb

 

 

ABŞ məhkəməsi Bostondakı məlum terror aksiyasında adı hallanan 19 yaşlı Robel Filliposu girov qarşılığında sərbəst buraxıb.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, o, 100 min dollar girov qoyub.

 

Ev dustağı olacaq R.Fillipos həm də elektron qolbağı da daşıyacaq.

 

Fillipos və daha iki nəfər Cohar Tsarnayevlə dostluq ediblər. Onlar partlayışın təşkilində şübhəli bilinir və ədalətin yerini tapmasında ittiham olunurlar.

 

İstintaq materiallarına əsasən, o, Tsarnayevin yataqxanadakı mənzilində olmasını polisdən gizlətməyə səy göstərib. Ona qarşı ittihamlar öz təsdiqini taparsa, Fillipos 8 ilədək azadlıqdan mərhum edilə bilər. 

# 428
avatar

Oxşar yazılar