Fevralın 3-də Livanın paytaxtı Beyrutun cənubunda partlayış baş verib. Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, bu haqda «Röyter» xəbər yayıb. Məlumata əsasən, olay nəticəsində iki nəfər həlak olub.
Partlayışı intiharçı-terrorçunun törətdiyi ehtimal edilir.
Hadisə ilə bağlı araşdırma aparılır.
«Frans press» bildirib ki, partlayış nəticəsində üç nəfər yaralanıb.