Bərzani kürdləri İŞİD-ə qarşı mübarizəyə çağırdı
19 iyun 2014 17:14 (UTC +04:00)

Bərzani kürdləri İŞİD-ə qarşı mübarizəyə çağırdı

İraqın Kürdüstan bölgəsinin lideri Məsud Bərzani kürd xalqını İŞİD terror təşkilatına qarşı mübarizəyə çağırıb. Lent.az-ın xəbərinə görə, M.Bərzani Kürdüstan bölgəsinin rəsmi internet səhifəsində yayımlanan müraciətində kürd xalqına və peşmərgələrə müraciət edib.

 

İraq və Kürdüstanda baş verən məlum hadisələrdən sonra kürd xalqının təhlükəsizliyinin təmin etmək üçün hamının peşmərgə və güc strukturlarına dəstək verməsini istəyən M.Bərzani təqaüdə çıxmış bütün peşmərgələrin əvvəllər bağlı olduqları hərbi birləşmələrə müraciət etməsini bildirib: “Təqaüdə çıxmış bütün qəhrəman peşmərgələrimizdən daha əvvəl qulluq etdikləri hərbi birləşmələrə baş vuraraq peşmərgə birləşmələrinə kömək etmələrini və mümkün təhlükəyə qarşı hazır olmalarını istəyirəm. Bunun üçün Peşmərgə Nazirliyimiz lazım olan hazırlığı görür. Şərəfli kürd xalqı öz imkanları daxilində Kürdüstan peşmərgələrinə kömək etməlidir”.


M.Bərzani eyni zamanda İraqda baş verənlərə görə rəsmi Bağdadı günahlandırıb: “Rəsmi Bağdadın avtoritar siyasətinin İraqı xaosa aparacağı  barədə dəfələrlə xəbərdarlıq etməyimizə baxmayaraq, heç kimi bizi dinləmədi. Hamı buna şahiddir. Vəziyyətin bu həddə çatmasında birbaşa məsuliyyəti rəsmi Bağdad daşıyır”.

 

Təqaüdə çıxmış Peşmərgələr Birliyi isə M.Barzaninin müraciətinə “Hazırıq” cavabını verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1437

Oxşar yazılar

Netanyahu sentyabrda hakim qarşısına çıxacaq

Netanyahu sentyabrda hakim qarşısına çıxacaq

21 iyul 2025 , 02:21
Türkiyəyə 200 kilodan çox   kokain keçirilməsi cəhdi-  Diplomat saxlanıldı

Türkiyəyə 200 kilodan çox kokain keçirilməsi cəhdi- Diplomat saxlanıldı

20 iyul 2025 , 18:02
Benyamin Netanyahu, İsrail Baş naziri

Netanyahu qidadan zəhərləndi

20 iyul 2025 , 17:20
Gəmi yanır -  Ölənlər var  -VİDEO

Gəmi yanır - Ölənlər var -VİDEO

20 iyul 2025 , 16:55
Havaya qalxan təyyarənin mühərriki yandı -VİDEO

Havaya qalxan təyyarənin mühərriki yandı -VİDEO

20 iyul 2025 , 11:47
Qəzzada onlarla insan öldü

Qəzzada onlarla insan öldü

20 iyul 2025 , 09:15
Səudiyyə şahzadəsi 20 il komada  qaldıqdan sonra öldü

Səudiyyə şahzadəsi 20 il komada qaldıqdan sonra öldü

20 iyul 2025 , 07:35
Rusiya Zaporojyeni vurdu

Rusiya Zaporojyeni vurdu

20 iyul 2025 , 04:27