«Konsesus» adlı İctimai rəyi öyrənən şirkət Türkiyənin 81 rayonunda «Bu bazar seçki olarsa, kimə səs verərsiniz» sualı ilə sorğu keçirib.
Lent.az-ın Habertürk-ə istinadən məlumatına görə, sorğuda iştirak edənlərin 41,7 faizi hakim Ədalət və İnkişaf Partiyasına (AK Partiya), 29,5 faizi Cümhuriyyət Xalq Partiyasına(SXP), 15,4 faizi Milliyyətçi Hərəkat Partiyasına (MHP), 6,5 faizi isə kürdlərin BDP-sinə səs verəcəyini bildirib.
Sorğu 2013-cü il dekabrın 19-dan 2014-cü il yanvarın 23-dək aparılıb. Sosioloji tədbirdə iştirak edən 18 yaşdan yuxarı respondentlərin 761 qadın, 743-ü isə kişi olub. 504 nəfər sualı telefonla cavablandırıb.
2014-cü il yanvar sorğusunun / 2009-cu il bələdiyyə seçkilərinin nəticələri
AK - 41,7% 38,8%
CHP – 29,5% 23,1%
MHP – 15,4% 16,1%
BDP – 6,5% 5,7%
Başqaları – 6,9% 16,3%