Vladiqafqazda doğum evinin baş həkimi yenicə doğulan körpəni satmaq istəyərkən tutulub.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, Şimali Osetiyanın Daxili İşlər Nazirliyi bildirib ki, baş həkim şərti alıcılardan, əməliyyat işçilərindən, əvvəlcə 1,5 milyon rubl istəsə də sonradan bir milyon rublla razılaşıb.
Həkim şərti alıcılara körpəni üç gündən sonra verəcəyini boyun olub. Araşdırma nəticəsində məlum olub ki, baş həkim həddi-büluğa çatmayan və doğduğundan imtina edən ananın körpəsini satmaq istəyirmiş.