İraqda seçkiqabağı gərginlik davam edir.
Lent.az-ın Türkiyə NTV-sinə istinadən məlumatına görə, Bağdaddan 60 km aralı yerləşən Bakuba rayonunda siyasətçi Mutxan əl-Goranini hədəfə alan bombalı basqın nəticəsində 22 nəfər həlak olub, 50-dən çox sakin yaralanıb.
Mənbə bildirib ki, aprelin 20-də İraqda bələdiyyə seçkiləri keçiriləcək. Mutxan əl-Gorani seçki çadırında seçicilərlə görüş keçirən zaman bu terrora məruz qalıb.
İraq rəsmilərinin mətbuata müsahibəsi yasaqlandığından partlayışla bağlı məlumat verməyib.
Ölkənin baş naziri Nuri əl-Maliki Kərbəlada tərəfdarlarına müraciət edərək, İraqın düşdüyü böhrandan qurtulması üçün növbədənkənar seçkilərin keçirilməsinin vacibliyini vurğulayıb.
O, mövcud hökumətin durumunun acınacaqlı olduğunu bildirib.
20 aprel seçkilərindən söz açan hökumət başçısı deyib ki, bu siyasi kampaniyanın «intriqalardan uzaq, mədəni, siyasi iştirak yolunu açması vacibdir».