Avropa Oyunları Bakı və Mingəçevirdə!
30 aprel 2013 04:17 (UTC +04:00)

Avropa Oyunları Bakı və Mingəçevirdə!

0

2015-ci ildə I Avropa Oyunları Bakı ilə yanaşı, Mingəçevirdə də təşkil olunacaq. Bu haqda Lent.az-a gənclər və idman naziri Azad Rəhimov məlumat verib.


Onun sözlərinə görə, Mingəçevirdə avarçəkmənin kanoe növü üzrə yarışlar keçiriləcək. Yarış “Kür” Olimpiya Təlim-Tədris Mərkəzində baş tutacaq. Qalan növlər isə Bakıda olacaq.

A.Rəhimov Oyunların tarixini də açıqlayıb. O bildirib ki, 2015-ci il iyunun 12-də start veriləcək nüfuzlu yarış 15 gün davam edəcək. Oyunların proqramına isə 19 növ daxil ediləcək. Onlardan ən azı 2-si qeyri-olimpiya növü olacaq. Karatenin proqramda yer alacağı dəqiqdir. Digər növ kimi çimərlik futbolu və ya basketbolun 3X3 növü nəzərdən keçirilir.

Qeyd edək ki, I Avropa Oyunları ilə bağlı daha ətraflı məlumatlar aprelin 30-da A.Rəhimovla Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin birgə mətbuat konfransında veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 734

Oxşar yazılar