AŞPA rəsmisi: “Qarabağ münaqişəsi ilə bağlı ayrıca müzakirələr keçirməliyik””
24 iyun 2013 16:04 (UTC +04:00)

AŞPA rəsmisi: “Qarabağ münaqişəsi ilə bağlı ayrıca müzakirələr keçirməliyik””

AŞPA-nın Dağlıq Qarabağ münaqişəsi üzrə fəaliyyəti dondurulmuş Alt Komitəsinin sədri, ispaniyalı parlamentar Jordi Çukla Assambleyanın yay sessiyasının plenar iclasında qurumun Bürosu və Daimi Komitəsinin fəaliyyətinin nəticələrinə dair müzakirələrdə çıxış edib.


 

APA-nın Avropa bürosunun məlumatına görə, o, AŞPA-da Dağlıq Qarabağ məsələsi ilə bağlı ayrıca müzakirələrin keçirilməsi vacibliyini vurğulayıb: “Biz İrəvanda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr keçirdik. Avropa Şurası daxilində üç dondurulmuş münaqişə mövcuddur. AŞPA da Dağlıq Qarabağla bağlı fəaliyyəti dondurulmuş Alt Komitə var. Hesab edirəm ki, biz tez bir zamanda AŞPA-da və onun Monitorinq Komitəsində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mütləq ayrıca müzakirələr keçirməliyik”. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 498
avatar

Oxşar yazılar