Türkiyənin hakim partiyası AKP-nin keçmiş mədəniyyət naziri Ərtuğrul Günay baş nazir Ərdoğanı sərt tənqid edib.
Lent.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, sabiq nazir baş nazirin dünən gecə Pakistandan qayıtdıqdan sonra etdiyi çıxışa özünün “Tvitter” hesabında münasibət bildirib.
Nazir Ərdoğanın çıxışını nəzərdə tutaraq belə yazıb: “Ancaq dediklərinə inansan, inandırıcı ola bilərsən. Bundan o yanı boşboğazlıq...”
Nazir daha sonra hurriyyet.com.tr-yə açıqlamasında deyib ki, Ərdoğanın cəmiyyətin bütün kəsimlərini rahatladacaq açıqlama verəcəyini gözləsə də, bu baş verməyib. O deyib ki, baş nazir hökumət üzvlərinin övladlarının korrupsiyaya bulaşdığına dair yayılan faktları yalanlayan heç bir açıqlama verməyib: “AKP-yə səs vermiş və ya verməmiş milyonlarla seçicinin adına baş nazirin çıxışını beynimdə suallarla və böyük kədərlə dinlədim”.