ABŞ “İraq Şam İslam Dövləti” (İŞİD) terror təşkilatının Türkiyənin Mosul Baş konsulluğuna etdiyi hücumu sərt şəkildə pisləyib. Lent.az-ın xəbərinə görə, Dövlət Departamentinin rəsmi nümayəndəsi Cenifer Psaki keçirdiyi mətbuat konfransında ABŞ dövlət katibi Con Kerri ilə Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu arasındakı telefon danışığından bəhs edib.
C.Psaki hücumu qınadıqlarını bildirib: “Girov götürülən Türkiyə diplomatik korpusunun dərhal azadlığa buraxılmasıyla bağlı Türkiyə və beynəlxalq birliyin çağırışlarına qoşuluruq”.