ABŞ Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarə Kaliforniyanın İmpirial küçəsində özəl evlərin üstünə düşüb.
Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, qırıcı düşəndən sonra azı bir bina yanıb.
Pilot katapult ola bilib. Onu yerli xəstəxanaya yerləşdiriblər.
ABŞ silahlı qüvvələrinin kapralı Melissa Li bildirib ki, təyyarə Arizona ştatının Yuma bazasında qeydə alınıb.
Mənbə xilasetmə əməliyyatının davam etdiyini bildirib. Hadisə yerində xəsarət alanlarla bağlı məlumat verilməyib.