Türkiyədə “qanuni oğru”lar arasında dava düşüb
17 avqust 2013 13:06 (UTC +04:00)

Türkiyədə “qanuni oğru”lar arasında dava düşüb

Tanınmış azərbaycanlı qanuni oğruların münasibəti daha da kəskinləşib. Lent.az-ın məlumatına görə, bu barədə aznews.az “Praym Kraym”a istinadən xəbər verib. İstanbul otellərindən birində Lotu Qulinin qardaşı Namiq Səlifovun da “taclandırıldığı” “sxodka”dan sonra orada istirahət edən bir qrup Ded Xasan klanına daxil olan “qanuni oğru”larla dava düşüb.

Məlumata görə, gürcü “qanuni oğru”lar Vaji, Rezo Lpotkipanidze, Ramaz Çinçaridze, İrakliya Qutı, Kaxi Parpaliya, Qela Kardava, Paata Malenkiy və Mamuka Çkaduanın əyləşdiyi masaya gözlənilməz qonaqlar gəlib. Onların arasında azərbaycanlı “qanunu oğru” Rövşən Lənkəranski, Taxi, Quram və Edik də olub.

Xəbərdə bildirilir ki, əvvəlcə Edik “sxodka”nın təşəbbüskarı olan Qela Kardava ilə söhbət edib. Daha sonra söhbət tərəflər arasında əlbəyaxa dava ilə nəticələnib. Gələnlər Qela Kardavanı bir neçə dəfə vurub. Davaya Rövşən Lənkəranski qarışanda isə Qela Kardava qaçıb.

Davanın təfərrüatları barədə də yazan sayt iddia edir ki, Q.Kardava qaçdıqdan sonra bütün diqqət Paataya yönəlib. Davada Mamuka Çkaduanın olay yerindən qaçdığı, Edik və Rolandın xəstəxanaya aparıldığı, Merab Mzarelua, Zviad, Beso Kvinixidxe və Timurinin də ağır xəsarət aldığı bildirilir.

# 1407
avatar

Oxşar yazılar