[b]Türkiyənin Yunanıstandakı hərbi ataşşeləri İtaliyaya qaçıb[/b]
11 avqust 2016 13:57 (UTC +04:00)

[b]Türkiyənin Yunanıstandakı hərbi ataşşeləri İtaliyaya qaçıb[/b]

 

Türkiyən xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyənin Yunanıstandakı hərbi attaşelərinin ailələri ilə birlikdə bərə ilə İtaliyaya qaçdıqlarını təsdiq edib.

 

APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, M. Çavuşoğlu deyib ki, Türkiyədə hərbi çevriliş cəhdindən sonra Ankaraya çağırılan Türkiyənin Yunanıstandakı Silahlı Qüvvələr attaşesi polkovnik İlhan Yaşıtlı və hərbi dəniz attaşesi polkovnik Halis Tunç ailələri ilə birlikdə bərə ilə İtaliyaya yollanıblar.

 

Qeyd edək ki, Türkiyə Xarici İşlər Nazirliyi avqustun 7-də Yunanıstan Xarici İşlər Nazirliyinə müraciət edərək polkovnik İ. Yaşıtlı və polkovnik H. Tunçun akkreditasiyalarının ləğv edilməsini istəyib. Yunanıstan Xarici İşlər Nazirliyi də həmin gün bu polkovniklərin akkreditasiyalarını ləğv edib. Ancaq bu iki polkovnikin nə zaman Afinadan qaçdıqları bilinmir. Polkovnik İ. Yaşıtlı və polkovnik H. Tunç iyulun 29-da Afina yaxınlığındakı Salamina Hərbi Dəniz Bazasında keçirilən tədbirə dəvətli olsalar da, həmin tədbirə qatılmayıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 272

Oxşar yazılar

Macarıstan Ukrayna PUA-sını vurdu

Macarıstan Ukrayna PUA-sını vurdu

15 may 2025 , 01:33
Heyvanxanada 13 nəfəri ildırım vurdu

Heyvanxanada 13 nəfəri ildırım vurdu

14 may 2025 , 22:22
HƏMAS üzvlərini  öldürən polis məktub yazıb intihar etdi

HƏMAS üzvlərini öldürən polis məktub yazıb intihar etdi

14 may 2025 , 18:08
Rusca danışan məktəb direktoru işdən QOVULDU

Rusca danışan məktəb direktoru işdən QOVULDU

14 may 2025 , 16:16
Polislərə elektrikli skuter  veriləcək

Polislərə elektrikli skuter veriləcək

14 may 2025 , 15:20
1977-ci ildəki  qətlə görə TUTULDU - Siqaret izi ilə  bilindi...

1977-ci ildəki qətlə görə TUTULDU - Siqaret izi ilə bilindi...

14 may 2025 , 13:14
Sursatlar partladı: 13 nəfər öldü

Sursatlar partladı: 13 nəfər öldü

14 may 2025 , 07:58
Hindistanda pələng üç qadını  parça-parça etdi

Hindistanda pələng üç qadını parça-parça etdi

14 may 2025 , 06:57