[b]Putin:[/b] “Rusiyanın sərhədi heç harada bitmir”
24 noyabr 2016 17:25 (UTC +04:00)

[b]Putin:[/b] “Rusiyanın sərhədi heç harada bitmir”

Bu gün prezident Vladimir Putinin də iştirak etdiyi Rusiya Coğrafiya Cəmiyyətində baş tutan mərasimində maraqlı hadisə baş verib. Lent.az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, prezident rəsmi mərasimdən sonra Timofey və Miroslav adlı uşaqlarla görüşüb.

Putin Timofeydən Burkina-Fasonun harada yerləşdiyini və paytaxtını soruşub. Uşaq “Afrika və Uaqaduqu” cavabını verib.

Miroslava isə “Rusiyanın sərhədi harada qurtarır?” deyə sual verib. Uşaq “Berinq boğazında, ABŞ-la” sərhəddə cavabını verib.

Elə Putinin cavabı da maraqlı olub: “Rusiyanın sərhədi heç harada bitmir”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 405

Oxşar yazılar