Fevralın 21-də Tehranın cümə namazına rəhbərlik edən ayətulla Əli Cənnəti namaz xütbəsində bildirib ki, İran «ABŞ-a ölüm!» şüarı siyasi-ideoloji xətti davam etdirəcəklərini bildirib.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, ABŞ-a qarşı sərt bəyanatlar verərək ölkədə Amerika ilə əlaqə saxlamağa çalışan cərəyanların olduğunu söyləyib : «Xalq Amerikaya qarşı seçimlərin masa üzərində olmasını tələb edir. Xalq inqilabın 35-ci ildönümü yürüşünə qatılaraq, Amerikaya qarşı olduğunu bildirdi. Bu, ABŞ-a təhqiramiz bir təbəssümdən başqa bir şey deyil.
Onun sözlərinə görə, İranda bəziləri Amerika ilə əlaqə saxlamaq üçün «gizli şəbəkə» yaratmağa çalışır: «Bilmirəm bu şəxslər Amerika kuzəsindən nə içiblər ki, indi onunla əlaqə saxlamaq niyyətindədirlər?! Ancaq belələri bilməlidir ki, xalq amerikalıları istəmir və onları qəbul etmir. Mən üzümü həmin şəxslərə tutub deyirəm ki, sizin cəhdiniz nəticə verməyəcək. Bilin ki, gizli iclaslarda Amerikaya mesaj verib ondan mesaj almağınız faydasızdır. Çünki xalq və ölkənin dini lideri buna razılıq verməyincə sizin bu cəhdiniz nəticəsiz qalacaq».