«Femen» hərəkatı fəalları Madriddə kilsələrdən birinin qarşısındakı meydanda üzərinə «qan» töküb.
Lent.az-ın «interfaks»-a istinadən məlumatına görə, onlar İspaniyadakı katolik kilsəsinin abortu yasaqlamasına bu şəkildə etirazlarını bildirib.
Mənbə bildirib ki, fəallardan biri yarıçılpaq vəziyyətdə kilsənin qarşısında diz çöküb. Onun sinəsində «Mövlud təxirə salınır!» və «Aborta azadlıq!» şüarı yazılıbmış.
Aksiyanın başqa iştirakçıları isə yola qan rəmzi kimi qırmız boya töküb.
Xatırladaq ki, İspaniyada qanuna edilən yeni dəyişikliklərə əsasən, hamiləlik yalnız cinsi zorlama və qadının sağlığına təhlükə yaranacağı halda süni şəkildə dayandırıla bilər.