Türkiyədə ötən həftə başlayan “Böyük rüşvət” işinin prokurorlarından biri olan və bu gün Türkiyə Baş Prokurorluğu tərəfindən cinayət işindən kənarlaşdırılan Muəmmər Ağdaş hökuməti sərt tənqid edib.
Lent.az-ın türk mediasına istinadən məlumatına görə, prokuror deyib ki, ona edilən təzyiqlərə görə açıqlama vermək məcburiyyəti hiss edib.
M.Ağdaşın sözlərinə görə, cinayət işi axtarış və saxlanılma qərarları ilə birlikdə onun nəzarətindən alınıb: “Bütün həmkarlarım və ictimaiyyət bilməlidir ki, araşdırma aparmağım əngəllənib”.