“Taliban”a adam oğurlamaq qadağan edildi
03 aprel 2013 14:13 (UTC +04:00)

“Taliban”a adam oğurlamaq qadağan edildi

 

“Taliban” Hərəkatının lideri Molla Ömər “Taliban”  üzvlərinə adam oğurlamağı qadağan edib.

 

Lent.az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, Molla Ömər Əfqanıstanda  “Taliban” səhra komandirləri arasında yayılmış audiomüraciətində bildirib ki, belə cinayətkar hadisələr “Taliban”nın imicinə zərbə vurur.

 

Molla Ömər bu müraciətində “Taliban”nın Pakistandakı qolu olan “Tehrik-i-taliban Pakistan”a da insanları pul müqabilində oğurlamağı qadağan edib. Pakistandakı taliblər də Molla Öməri liderləri kimi qəbul edirlər. Molla Ömər müraciətində vurğulayıb ki, “Taliban”nın başlıca məqsədi Əfqanıstan ərazisindəki xarici müdaxiləçilərə qarşı mübarizə aparmaq və onlara zərbə vurmaqdır: “Mənə məlumdur ki, bir neçə səhra komandiri insan oğurluğunda iştirak edir. Belələrini ifşa etmək və məhv etmək lazımdır”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 752

Oxşar yazılar