Xarkovun bombalanmasında Rusiyaya yardım edən ukraynalı qadın TUTULDU
16 mart 2022 16:42 (UTC +04:00)

Xarkovun bombalanmasında Rusiyaya yardım edən ukraynalı qadın TUTULDU

Ukraynada Rusiyaya casusluq edən qadın saxlanılıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, bu barədə ölkənin Baş Prokurorluğu məlumat yayıb. Məlumatda qeyd olunur ki, Xarkovda saxlanılan qadın fevralın 25-dən martın 9-dək messencerdən istifadə edərək Rusiya nümayəndəsinə hərbi texnikanın yeri, Silahlı Qüvvələrin şəxsi heyəti və onların şəhər ətrafında hərəkəti barədə məlumat ötürürmüş.

Məlumata əsasən, Rusiya hərbçilərinin həmin casus qadından aldığı məlumatlar Xarkovun sonradan bombalanması üçün istifadə edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2673
avatar

Mehman Nəbiyev

Oxşar yazılar