Vatikan Ukraynanın şərəfinə-GÜMÜŞ SİKKƏ hazırladı
05 iyun 2022 11:44 (UTC +04:00)

Vatikan Ukraynanın şərəfinə-GÜMÜŞ SİKKƏ hazırladı

Vatikan Ukraynaya həsr olunmuş xüsusi gümüş sikkə buraxıb.

Lent.az-ın məlumatına görə, bu barədə Ukraynanın Vatikandakı səfiri Andrey Yuraş “Facebook” sosial şəbəkəsindəki səhifəsində məlumat verib.

“Bu sadəcə, bir simvol deyil, bu, Ukraynaya dəstək üçün əsl jestdir: Rusiyanın Ukraynaya təcavüzünün 100-cü günündə Vatikanın Filateliya və Numizmatika İdarəsi Ukraynaya həsr olunmuş xüsusi gümüş sikkə buraxdı”, - deyə o bildirib.

Yuraş əlavə edib ki, sikkənin satışından əldə olunan gəlir (hər biri 50 avro dəyərində) Ukraynaya kömək üçün istifadə olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1236
avatar

Oxşar yazılar